"Barselona" rəhbərliyi şəkil çəkdirməyə qadağa qoydu

"Barselona" rəhbərliyi şəkil çəkdirməyə qadağa qoydu
11:42 28 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın U-12 komandasınmın rəhbərliyi futbolçulara Raulla şəkil çəkdirməyi qadağan edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sözügedən qadağa Mayamidə keçirilən ənənəvi turnir zamanı qüvvədə olub. Bir ay öncə "Nyu York Kosmos" klubunda karyerasını bitirən İspaniya millisinin keçmiş üzvü turnirdə səfir kimi iştirak edib. "Barsa"nın azyaşlı futbolçuları Raulun gəlişinə sevinsə də, katalon komandasının rəhbərliyi onunla xatirə şəkli çəkdirməkdən imtina edib. Səbəb kimi oyunçuların yorğunluğu göstərilib.

İspaniya Liqasının prezidenti Xavyer Tebas bu hadisədən narazılığını artıq "Barselona"ya bildirib. Klub isə bu addımı atmaqda pis məqsəd güdmədiyini və futbolçuların gələn dəfə Raulla şəkil çəkdirəcəyini qeyd edib. Fərdi foto alınmasa da, Raulun iştirakı ilə qrup formasında foto çəkilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR