Azərbaycan Güləş Federasiyası ilin ən yaxşılarını mükafatlandırıb

11:43 28 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC 
Azərbaycan Güləş Federasiyası (AGF) 2015-ci ilin yekunlarına həsr olunmuş mərasim keçirib.
AZƏRTAC xəbər verir ki, il ərzində qazandığı nailiyyətlərə görə, ən yaxşılar mükafatlandırılıb.
İlk olaraq, tədbir iştirakçılarını salamlayan AGF-nin baş katibi Əjdər Cəfərov federasiya rəhbərliyi adından qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqımızı təbrik edib. Yola saldığımız ilin Azərbaycan idmanı üçün əlamətdar olduğunu deyən baş katib ölkəmizin birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirdiyini vurğulayıb. Bildirib ki, bu il güləşçilərimiz üçün də uğurlu olub. Yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə dünya kubokuna sahib çıxıb. Güləşçilərimiz ilk Avropa Oyunlarında 15 medal, dünya çempionatında isə yay Olimpiya Oyunlarına 11 lisenziya qazanıblar. Ötən ili 294 medalla başa vuran pəhləvanlarımız, bu il daha çox, 328 medalla idman həvəskarlarını sevindiriblər.
Baş katib deyib: “Təbii ki, qazanılan bütün bu uğurlar Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana, o cümlədən, güləşə göstərdiyi daimi qayğının nəticəsidir. Ölkə başçısının çıxışlarımızı diqqətlə izləməsi, daim bizə dəstək olması məsuliyyətimizi daha da artırır. İldən-ilə uğurlarımızın sayı da çoxalır. 2016-cı il də bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki qarşıda bizi Yay Olimpiya Oyunları gözləyir. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov güləşçilərin qarşısına Rio-de-Janeyroda ən azı London Olimpiadasındakı uğuru təkrarlamaq, xalqımızı daha böyük qələbələrlə sevindirmək tapşırığı qoyub. Hazırlıq planımız da bəllidir. Federasiyanın birinci vitse-prezidenti, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyevin daimi nəzarəti ilə güləşçilərimiz məşqləri davam etdirir. Əminəm ki, əziyyətimiz yerdə qalmayacaq və federasiya rəhbərliyi tərəfindən yaradılan yüksək şərait qarşılığında idmançılarımız xalqımızı yeni-yeni qələbələrlə sevindirəcək”.
Sonra il ərzində qazandığı nailiyyətlərə görə “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı məşqçisi” və “İlin ən yaxşı hakimi” nominasiyalarında qaliblərin adları açıqlanıb. Yunan-Roma güləşində ilin idmançısı Avropa Oyunları və dünya çempionatının qalibi Rəsul Çunayev seçilib. Sərbəst güləşdə isə sözügedən nominasiyanın qalibi ikiqat dünya çempionu Hacı Əliyev olub. Qadın güləşçilərimizdən yığma komandanın kapitanı Mariya Stadnik də “İlin ən yaxşı idmançısı” kimi mükafatlandırılıb. İlin ən yaxşı məşqçisi adına yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Cəmşid Xeyrəbadi layiq görülüb. Nəhayət, “İlin ən yaxşı hakimi” beynəlxalq dərəcəli hakim Asif Şirəliyev seçilib.
Mükafatlandırma mərasimindən sonra tədbir bədii hissə ilə davam etdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Daşkəsəndə bir ilin gəlini intihar edib

20 Sentyabr 2017 20:32

İranın tanınmış dirijoru Musiqili Teatrda tamaşa idarə edəcək

20 Sentyabr 2017 20:32

Zəlzələdən əvvəl səmadakı paranormal parıltılar İNSANLARI QORXUTDU - VİDEO

20 Sentyabr 2017 20:28

Köhnə model maşını 172 minə satır - nömrəsinə görə - VİDEO

20 Sentyabr 2017 20:18

Avroliqanın Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünün tarixi açıqlanıb

20 Sentyabr 2017 20:17

Bitkoin noyabrda yenidən bölünə bilər

20 Sentyabr 2017 20:07

İrəvana “dördgünlük müharibə” XƏBƏRDARLIĞI, daha ağır CAVAB… - GÜNÜN SİYASİ XÜLASƏSİ

20 Sentyabr 2017 20:03

Ərdoğan-

20 Sentyabr 2017 20:02

Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi-praktik konfrans keçirilib

20 Sentyabr 2017 19:57

"Medi Sina” klinikasının sahibinin cinayət işi barədə YENİ XƏBƏR

20 Sentyabr 2017 19:54

Masallıda yol kənarında kişi meyiti tapılıb

20 Sentyabr 2017 19:52

Astrofiziklər dünyanın axırının YENİ TARİXİNİ AÇIQLADILAR – 23 sentyabr?

20 Sentyabr 2017 19:48

Azərbaycan və Macarıstan hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək

20 Sentyabr 2017 19:44

Həkimlər pişiklərdən uzaq durmağı tövsiyyə edir -

20 Sentyabr 2017 19:38

SÖZDƏN ƏMƏLƏ KEÇƏNLƏR: artıq kilolardan azad olmanın 20 İNANILMAZ NÜMUNƏSİ

20 Sentyabr 2017 19:33

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” açıq müsabiqə elan edib

20 Sentyabr 2017 19:32

“Məhəmməd” adı Britaniyada 10 ən məşhur ad SİYAHISINDA

20 Sentyabr 2017 19:23

Bermud üçbucağında yeni ada peyda oldu -

20 Sentyabr 2017 19:16

ABŞ-ın neft ehtiyatları 1% artıb

20 Sentyabr 2017 19:12

Tovuzda avtomobil yanıb

20 Sentyabr 2017 19:09

UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsinə qərar verib

20 Sentyabr 2017 19:07

Prezident: "Ölkənin taleyi xalqın əlinə veriləndə uğur əldə etmək mümkündür"

20 Sentyabr 2017 18:59

Sumqayıtda zavodda yanğın

20 Sentyabr 2017 18:58

Pakistan hərbçiləri Bakıda səfərdədir

20 Sentyabr 2017 18:54

Klassik musiqimizdə XƏZAN...

20 Sentyabr 2017 18:48

Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

20 Sentyabr 2017 18:47

200 manatlıq əsginaslar dövriyyəyə buraxılarsa... - RƏY

20 Sentyabr 2017 18:43

Qarın bölgəsindəki artıq yağlara SON

20 Sentyabr 2017 18:43

80 yaşlı kişi qəza törətdi: 3 nəfər yaralandı

20 Sentyabr 2017 18:40

Xaçmazda meşə yanğını başlayıb

20 Sentyabr 2017 18:39

Ekoloji qanunvericiliyi pozanlar 45 min manat məbləğində cərimələnib

20 Sentyabr 2017 18:37

Azərbaycan Prezidenti Malta dövlət başçısını təbrik edib

20 Sentyabr 2017 18:37

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyənləşdi

20 Sentyabr 2017 18:35

Tələbələr üçün ən rahat və asan iş imkanları - FOTOLAR

20 Sentyabr 2017 18:33

Azərbaycan Prezidenti Meksika xalqına başsağlığı verib

20 Sentyabr 2017 18:32

"Azərbaycanda bütün fundamental azadlıq tam təmin edilir" - İlham Əliyev

20 Sentyabr 2017 18:29

CEV-in vitse-prezidenti: “Cümə günü Bakıda anşlaq gözləyirik"

20 Sentyabr 2017 18:27

Emin Mehdiyev: “Yalnız qələbə haqda düşünməliyik"

20 Sentyabr 2017 18:27

Çempionlar Liqasının finalı bu şəhərdə keçiriləcək - SON QƏRAR

20 Sentyabr 2017 18:23

SON DƏQİQƏ: Xaçmaz meşələri yanır

20 Sentyabr 2017 18:21

"Neftçi" qələbə ilə başladı

20 Sentyabr 2017 18:19

Murad Bozla Aslı Enverin romantik rəqsi – VİDEO

20 Sentyabr 2017 18:18

Afaq Aslan bu dəfə “Yataqxana”da: “Seksual...” - FOTOLAR

20 Sentyabr 2017 18:18

Ermənistan 25 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır

20 Sentyabr 2017 18:18

UEFA Supek Kuboku İstanbulda keçiriləcək

20 Sentyabr 2017 18:14

Rusiya referendumla bağlı səssizliyini pozdu

20 Sentyabr 2017 18:14

Prezident İlham Əliyev: "Ermənistan danışıqlardan yayınır"

20 Sentyabr 2017 18:12

İlham Əliyev Malta Prezidentini təbrik edib

20 Sentyabr 2017 18:10

Xaçmazda meşədə yanğın başladı

20 Sentyabr 2017 18:08

Azərbaycan Xarici İşlər Nazirliyinin binası qarşısında tələbələr etirazını bildiriblər

20 Sentyabr 2017 18:07