Bu il 258 həkim mərkəzləşdirilmiş qaydada test imtahanı ilə işə qəbul olunub

Bu il 258 həkim mərkəzləşdirilmiş qaydada test imtahanı ilə işə qəbul olunub
11:43 28 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
İl ərzində 5 min 200 həkim və 9 min 500 orta tibb işçisi təkmilləşmə kurslarından keçib.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 3 min 354 həkim və 7 min 399 orta tibb işçisi isə sertifikat alıb.
Bununla yanaşı, 258 həkim mərkəzləşdirilmiş qaydada test imtahanı ilə işə qəbul olunub. Səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi istiqamətində də işlər aparılıb. İl ərzində “Elektron Səhiyyə” internet portalı vasitəsilə təqdim olunan elektron xidmətlərdən 49 mindən çox istifadə qeydə alınıb.
Bundan əlavə, tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin (Forma 88) vahid mərkəzləşdirilmiş reyestri yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_258_hekim_merkezlesdirilmis_qaydada_test_imtahani_ile_ise_qebul_olunub-914841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR