Dövlət Pantomima Teatrında ilin son tamaşası nümayiş olunub

Dövlət Pantomima Teatrında ilin son tamaşası nümayiş olunub
11:48 28 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Dövlət Pantomima Teatrı ilin son tamaşasını təqdim edib. Nümayiş olunan “Dejavü” adlı tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa ediblər.
İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar Artist Elman Rəfiyevdir.
Kişi və qadın mövzusundan bəhs edən səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR