Qənirə Paşayeva İraq türkmənlərilə görüşdü

Qənirə Paşayeva İraq türkmənlərilə görüşdü
11:49 28 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva İraqdan, Təlafərdən köçkün düşmüş soydaşlarımızla, türkmanlarla görüşüb. Lent.az-ın məlumatına görə, Türkiyədə İraq türkmanlarına yardım mərkəzində İraq türkmanları təmsilçiləri, zülm və əziyyətdən, ölümdən zorla qaçaraq canını qurtara bilmiş Təlafərli türkmanlarla görüş zamanı onlar millət vəkilinə Təlafərdən İŞİD zülmündən zorla canlarını qurtara bildiklərini, hər şeylərini orada qoyub gəldiklərini deyiblər. Yaşadıqları dəhşətləri anladan İraqdan, Təlafərdən köçkün düşmüş türkmənlər ciddi dəstəyə ehtiyacları olduqlarını bildiriblər. Köçkün düşmüş türkmənlər arasında xəstələrin çox olduğunu bildirərək dərman, qida məhsulları, isti yorğan-döşək, geyim ehtiyacları barədə məlumat verən türkmən təmsilçiləri bütün Türk dünyasından siyasi, mənəvi və maddi dəstək gözlədiklərini deyiblər. Millət vəkili Q. Paşayeva türkmən uşaqlarla da söhbət edib və onların söylədikləri hər kəsi ağladıb. Q. Paşayeva eyni zamanda zülm və işgəncə nəticəsində qolunu itirən bir türkman gənci ilə də söhbət edib və onun əməliyyat və protez xahişini həll etməyə çalışacağını deyib. Millət vəkili Q. Paşayeva ilə bərabər Təlafərdən köçkün düşmüş türkmənlər ziyarət edən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban və millət vəkili adından ehtiyac duyulan bəzi yardımlar bir gün sonra türkmən-qardaş bacılarımıza təqdim olunub və millət vəkili Q. Paşayeva İraq türkmənlərinə yardımla bağlı Türk dünyasına çağırış edib. Əməliyyata və protezə ehtiyacı olan türkmən qardaşımızın məsələsi də Q. Paşayevanın xahişi əsasında xeyriyyəçi insanlardan biri tərəfindən həll olunub. Millət vəkili Q. Paşayeva İraq, Təlafərdən köçkün düşmüş türkmənlərlə görüşdən sonra Ankara, Gölbaşı bələdiyyəsi başqanı və Türkiyə Qızılay təmsilçiləri ilə görüşüb və onların dəstəyi əsirgəməyəcəyinə inandığını deyib. Onlar millət vəkili ilə görüşündə dəstək göstərəcəklərini bildiriblər. İraq türkmənləri təmsilçiləri Təlafərdə türkmənlərin üzləşdiyi ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkman soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin Təlafər türkmənlərinin vəziyyətinə biganə münasibəti, bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözləmələrindən danışıblar. Millət vəkili Təlafərdə yaşayan türkmənlərin üzləşdiyi faciələr və onların ağır vəziyyətinin hamımızı ciddi narahat etdiyini deyib. İraq türkmənlərinin vəziyyəti ilə bağlı bir neçə ay əvvəl Avropa Şurası Parlament Assambleyasında və son günlərdə bəzi beynəlxalq tədbirlərdə çıxış edərək, çağırış səsləndirdiyini deyən Q. Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Təlafərdə türkmənlərin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. O, bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Təlafər türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Təlafər türkmənləri rəsmi təmsilçiləri millət vəkili Q. Paşayevaya bir aylıq əmək haqqını İraq türkmənlərinə bağışlaması və eyni zamanda rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən edilən dəstəklər üçün də təşəkkür ediblər. Bu bizim borcumuzdur deyən millət vəkili Q. Paşayeva bildirib ki, dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı imkanlarının çatdığı qədər acı və üzüntü içərisində yaşayan İraqda, Təlafərdə türkmən qardaş-bacılarımızın yanında olmalıdır. Görüş zamanı bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR