Azərbaycanda iqlim normasından yüksək temperatur müşahidə olunur

Azərbaycanda iqlim normasından yüksək temperatur müşahidə olunur
11:49 28 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

“Hazırda ölkə ərazisində müşahidə olunan temperatur iqlim normasından bir qədər yüksəkdir”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. 

 

O bildirib ki, müşahidə olunan temperaturun iqlim normasından bir qədər yüksək olmasına baxmayaraq, ölkə ərazisində anomal temperatur qeydə alınmayıb.

 

Baş hidroloq əlavə edib ki, əvvəlki illərdə hazırda müşahidə olunan temperaturdan daha isti temperaturlar qeydə alınıb: “Hazırkı temperatur dekabr ayı üçün nisbətən xarakterikdir”.  

 

A. Verdiyev qeyd edib ki, ölkə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişəcəyi ilə bağlı indidən bir söz demək çətindir: “Bu haqda sabah ətraflı məlumat verəcəyik. Hava şəraiti tez-tez dəyişir”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR