Azərbaycanın iri bankında kadr dəyişiklikləri baş verib

Azərbaycanın iri bankında kadr dəyişiklikləri baş verib
11:53 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Rəşad Qasımov Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin rəhbəri vəzifəsini tərk edib.

ABB-dən Trend-ə bildiriblər ki, bu, R.Qasımovun dekabrın 24-dən "İnter" (Bakı) futbol klubunun Müşahidə Şurasının iclasında klubun prezidenti seçilməsi ilə əlaqədardır.

Bankdan qeyd ediblər ki, Departamentin rəhbəri vəzifəsi hələ vakantdır: "Bu vəzifə inzibatidir və vəzifəyə təyinetmə Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilməlidir. Buna görə də bu proses bir neçə gün davam edə bilər".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2474840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR