Ölkədə əlilliklə bağlı müraciət edənlərin sayı azalıb

Ölkədə əlilliklə bağlı müraciət edənlərin sayı azalıb
11:54 28 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik təyinatında şəffaflığın artırılması məqsədilə davam etdirdiyi islahat tədbirlərindən biri kimi, dekabr ayının əvvəlindən ilkin əlillik təyinatı barədə qərarların qəbul edilməsi nazirlikdə yaradılmış səyyar komissiyalar tərəfindən həyata keçirilir.

ƏƏSMN-nin mətbuat xdimətindən Lent.az-a verilən məlumata görə, komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə zona Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) olaraq, ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparırlar. İlkin əlillik üçün zona TSEK-lərinə müraciət edən şəxslərə əlillik müayinələrinin aparılacağı vaxt barədə əvvəlcədən məlumat verilir. Səyyar komissiyalar həmin vaxtda müayinələri aparır və müayinələrin nəticələrinə uyğun olaraq əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edir, vətəndaşa müayinənin nəticəsi barədə dərhal rəsmi məlumat təqdim olunur.

 

Bildirək ki, bu islahat tədbiri respublikada ilkin əlilliyin kəskin şəkildə azalması ilə müşahidə olunur. Belə ki, 01-25 dekabr tarixlərində zona TSEK-lərinə ilkin əlillik təyinatı üçün müraciət edən vətəndaşların qeyd olunan səyyar komissiyalar tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, şəffaflıq və obyektivlik şəraitində əlillik müayinəsi həyata keçirilib və bu müayinələr nəticəsində ümumilikdə 2941 nəfər vətəndaşdan yalnız - 61,8 faizinə və ya 1787 nəfərinə ilkin əlilliyin təyin olunması barədə qərar qəbul edilib. Ümumilikdə ilkin əlillik təyin olunanların müraciət edən vətəndaşlara nisbəti ötən ilin dekabr ayı ilə müqayisədə 20 faiz azalıb.

 

Əlillik müayinəsi aparılmış vətəndaşlar bu müayinənin nəticələrinə dair məlumatları nazirliyin “Elektron Hökumət” üzərindən təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti vasitəsilə ilə də əldə edə bilərlər.

 

Qeyd edək ki, prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin (TSERAS) yaradılması işləri başa çatmaqdadır. Əlillik təyinatı prosesində məmur-vətəndaş təmaslarının azaldılmasına və sahənin tam şəffaflaşdırılmasına xidmət edəcək bu sistemin gələn ilin ilk aylarından tətbiqinə başlanılması nəzərdə tutulur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR