Bayram Səfərov: "Qarabağdakı ermənilər özlərini Azərbaycan vətəndaşı hesab edir"

Bayram Səfərov: "Qarabağdakı ermənilər özlərini Azərbaycan vətəndaşı hesab edir"
12:19 28 Dekabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

 

"Dağlıq Qarabağda olan ermənilər ürəklərində özlərini Azərbaycan vətəndaşı hesab edirlər. Ancaq qorxularından bunu açıq deyə bilmirlər".

 

APA-nın məlumatına görə, bunu "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri, Şuşanın Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

 

B. Səfərov bildirib ki, Qarabağın azərbaycanlı icması və erməni tərəfi həmişə görüşmək istəyir, ancaq Ermənistanın hazırkı hakimiyyəti ermənilərə görüş üçün şərait yaratmır.

 

Onun sözlərinə görə, sadə ermənilər bilir ki, Azərbaycan vətəndaşı olsalar, onlara bütün güzəştlər ediləcək, digər azsaylı xalqlar kimi firavan həyat sürəcəklər: "Ermənistan hakimiyyəti də belə vəziyyətdə çətinliyə düşməmək üçün görüşə imkan yaratmır. Onlar bilir ki, ermənilər bizimlə görüşsələr, Azərbaycandakı xoş yaşayışını görüb, bizim tərəfə keçəcəklər".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR