Özcan Dəniz Röyanın mahnısını oxumaq istəyir - video

Özcan Dəniz Röyanın mahnısını oxumaq istəyir -  video
12:31 28 Dekabr 2015
57 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Özcan Dəniz Röya Ayxanın “Dostummusan, yoxsa sevgilim” mahnısını oxumaq istəyib.

Axşam.az-ın məlumatına görə, bu haqda bəstənin müəllifi Nazim Məmmədov “Onlar” verilişinə açıqlamasında deyib:

“Bundan Röya xanımın xəbəri var, meneceri ona çatdırıb. Hətta məclislərin birində Özcan mahnını oxuyub, telefonla videoya da çəkiblər”.

R.Ayxan da məsələ ilə bağlı fikrini bölüşüb:

“Mənim üçün xoşdur ki, Özcan mənim mahnımı oxuyacaq. Mən artıq orada varam, o da bilir. Nazim, mahnını satdın? Bundan xəbərim yox idi. Musiqidə sərhəd yoxdur. Tərbiyə ilə edərlərsə, ürəyimi də verərəm. Nazim onun bəstəkarıdır, buna haqqı da var. Özcan nə qədər oxusa da, mahnı mənimdir. Bu mahnını yalnız Türkiyədə oxuya bilər. Amma Bakıda ola bilməz”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR