İqtisad Universitetinin kollektivi qocalar evini ziyarət edib

12:48 28 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) kollektivi və tələbələri ilin son istirahət gününü Bakının Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) ahıllarla birlikdə keçirib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin rektoru, professor Ədalət Muradov ahılları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Universitetin Yaradıcılıq Mərkəzinin üzvləri pansionat sakinləri üçün, pansionatın özfəaliyyət dərnəyinin üzvləri isə tələbələr üçün mahnılar oxuyub, musiqilər səsləndiriblər. Ahıllar ADİU-nun əməkdaşlarını və tələbələri özlərinin əl işləri ilə tanış ediblər.
Sonda ahıllar tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, tələbələrə təhsildə uğurlar arzulayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisad_Universitetinin_kollektivi_qocalar_evini_ziyaret_edib-914864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR