​CAR-da meşə yanğını nəticəsində 9 nəfər ölüb, mindən çox insan didərgin düşüb

​CAR-da meşə yanğını nəticəsində 9 nəfər ölüb, mindən çox insan didərgin düşüb
12:52 28 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) Keyptaun rayonunda meşələrdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb, mindən çox insan didərgin düşüb.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Məlumata görə, yanğının baş verməsinə səbəb kimi havaların isti və küləkli keçməsi göstərilib.
CAR-da yay başlayıb. Sinoptiklər bu fəsilin isti və quraq keçəcəyini proqnozlaşdırırlar.
İnformasiyaya əsasən, CAR-la yanaşı Afirkanın cənubundakı başqa dövlətlərdə də əlverişsiz hava şəraitinin olacağı gözlənilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/car-da-mese-yangini-neticesinde-9-nefer-olub-minden-cox-insan-didergin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR