İraq hökuməti Ramadi şəhərini İŞİD-dən geri aldığını bildirib

İraq hökuməti Ramadi şəhərini İŞİD-dən geri aldığını bildirib
12:53 28 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
İraq ordusunun komandanlığı bir həftədir ki, döyüşlərin davam etdiyi Ramadi şəhərinin ələ keçirildiyini bildirib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, ölkənin Müdafiə Nazirliyindən verilən məlumata əsasən, dekabrın 27-də hərbçilər şəhərin mərkəzindəki administrativ kompleksi tutmağa nail olublar. Hazırda şəhərin yaraqlılardan təmizlənməsi üçün əməliyyatlar aparılır.
Xatırladaq ki, ordu komandanlığı keçən həftə də Ramadini ələ keçirdiklərini və üç sutka ərzində şəhərin təmizlənəcəyini bildirmişdi.
Ordu qüvvələrinin qələbə barədə yaydığı informasiya həqiqətə uyğun olsa, Ramadi şəhərinin terrorçu qruplaşmadan azad edilməsi İraq ordusunun İŞİD-lə mübarizə tarixində ilk böyük qələbəsi kimi tarixə düşəcək.
Hər halda Ramadidən gələn xəbərlərə görə, şəhər tamamilə xarabalığa çevrilib, binaların 80 faizi dağıdılıb. Hökumət şəhəri bərpa etmək üçün azı 10 il vaxt lazım olduğunu bildirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iraq_hokumeti_Ramadi_seherini_ISID_den_geri_aldigini_bildirib-914866

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR