Bəkir Çobanzadə küçəsinin bir hissəsi təmir edilib

Bəkir Çobanzadə küçəsinin bir hissəsi təmir edilib
12:53 28 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Bakının Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin bir hissəsi əsaslı təmirdən sonra sürücülərin istifadəsinə verilib.
Bu barədə AZƏRTAC-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, təmir-tikinti işləri küçənin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsinin 600 metrlik ərazisində aparılıb. Ümumilikdə təmir işlərinin aparıldığı ərazinin uzunluğu 924 metr, küçənin eni isə 15 metrdir. Küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənib, yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara köçürülüb.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ərazinin ikiqat olmaqla 14 min kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Piyadaların da rahatlığı nəzərə alınaraq təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 1200 paqonmetrə yaxın yeni səki daşları düzülüb.
Sözügedən işlər çərçivəsində B.Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərində genişləndirmə işləri də aparılıb. Nəticədə yolun hərəkət hissəsi bəzi yerlərdə 5 metrə yaxın genişləndirilib. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərib.
Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün təmir işlərinin aparıldığı ərazidə 2 ədəd xüsusi “cib”li dayanacaqlar quraşdırılır. Avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.
Küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi işlək vəziyyətə gətirilib, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bekir_CHobanzade_kuchesinin_bir_hissesi_temir_edilib-914865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR