Mingəçevir şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 27-də Mingəçevir şəhərində yaşayan Məhəmməd Nəbiyev dəm qazından zəhərlənərək ölüb.
Oxşar hadisə dekabrın 26-da paytaxtın Nəsimi rayonunda da baş verib. Rayon sakini İlqar Səmədov evində dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.