Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub

Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub
13:03 28 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
“Sərhədçi” Olimpiya İdman Mərkəzində böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı başa çatıb. Yarışın üçüncü günündə kişilərin 2, qadınların mübarizəsində isə 3 çəki dərəcəsində qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışın son günündə kişilərin mübarizəsində Zəlimxan Rəşidov (58 kq), Ceyhun Həsənli (87 kq), qadınlar arasında isə Gülhanım Yeşildal (53 kq), Günay Ağakişiyeva (62 kq) və Elnarə Cəlilova (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Çempionatda komanda hesabında “Neftçi”, “Gilan” və “Sumqayıt” klubları ilk üç yerə layiq görülüblər.
Qaliblər diplom və medallarla mükafatlandırılıblar.
Üç gün davam edən yarışda səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvondoçular yarışıblar. Çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən müxtəlif komandaların idmançıları mübarizə aparıblar.
Yarış ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi məqsədi daşıyırdı.
Məşqçilər isə yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması baxımından çempionata böyük əhəmiyyət verirdi.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taekvondo_uzre_Azerbaycan_chempionatina_yekun_vurulub-914870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR