Rusiyanın Tümen vilayətinin sakini olan kişi iki azyaşlı övladını, sabiq arvadını və qayınanasını qətlə yetirib. Qayınana qızını və nəvələrini görmək üçün qonaq gəlibmiş.
Milli.Az İnterfaks-a istinadən bildirir ki, çoxsaylı bıçaq zərbələrindən həlak olmuş 4 yaşlı qız və 1 yaş 9 aylıq oğlanın cəsədləri Yurqin rayonundakı Lesnoe kəndində, evdə aşkarlanıb.
Uşaqların anası isə başından küt alətlə aldığı zərbədən həlak olmuşdu.
Ailə başısı, 31 yaşlı kişi həbs olunub. O, cinayətini etiraf edib.
Milli.Az