"Təhlükəsiz yol - təhlükəsiz həyat" adlı layihə yekunlaşıb

"Təhlükəsiz yol - təhlükəsiz həyat" adlı layihə yekunlaşıb
13:32 28 Dekabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Tələbələr Birliyinin (ATB) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Təhlükəsiz yol - təhlükəsiz həyat" adlı layihə yekunlaşıb. Bu barədə "Report"a birliyin mətbuat katibliyindən bildirilib. 
Hacıqabul və Kürdəmir rayonlarında həyata keçirilən layihənin əsas məqsədi daha geniş gənclər qrupuna yol hərəkəti qaydaları barədə məlumatların ötürülməsi, bu sahədə şagird, məktəb, bələdiyyə və yol polisi idarələri ilə əməkdaşlığı gücləndirməklə ictimai məlumatlandırma kampaniyası aparmaq olub. ATB maarifləndirmə işini əsas olaraq Hacıqabul və Kürdəmir rayonunda yerləşən orta məktəblərdə təhsil alan 9, 10, 11-ci sinif şagirdləri arasında təşkil edib.
Keçirilən tədbirlərdə şagirdlərə yol təhlükəsizliyi, piyadaların öz təhlükəsizliyini təmin etmək üçün izləməli olduğu qaydalar barədə məlumatlar verilib. Həmçinin, şagirdləri maraqlandıran sualllara cavab verilib.
Layihə çərçivəsində, həmçinin müxtəlif müsabiqələr, müzakirə forumları da təşkil edilib ki, burada da iştirak edən gənclər yol təhlükəsizliyi, yol qəzalarının qarşısının alınması ilə bağlı "informasiya elçiləri"nə çevriliblər. Daha sonra həmin gənclər yaşadıqları icmalarda maarifləndirmə işinin aparılmasını təmin edəcəklər.
Birlik Hacıqabul və Kürdəmir rayonlarının ölkənin əsas magistral yol xətti üzərində yerləşdiyini, yol qəzalarının bu rayonlarda tez-tez baş verdiyini və yol təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq, sözügedən rayonların ilk hədəf ərazi kimi seçib. Gələcəkdə digər rayon və şəhərlərdə də bu cür informasiya kampaniyalarının aparılacağı nəzərdə tutulur.



Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/tehlukesiz-yol-tehlukesiz-heyat-adli-layihe-yekunlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR