ABŞ-da tornado və daşqınlar nəticəsində həlak olanların sayı 40 nəfəri ötüb

ABŞ-da tornado və daşqınlar nəticəsində həlak olanların sayı 40 nəfəri ötüb
13:33 28 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
ABŞ-ın cənub-şərq ştatlarında tornado və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 41 nəfərə çatıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, son məlumata görə, daşqınlar nəticəsində Missuri ştatında 6, Texas ştatında 11, İllinoys ştatında 5, Missisipi, Alabama, Tennessi və Arkanzasda isə ümumilikdə 19 nəfər həlak olub.
Hökumət hələ ki, təbii fəlakətin səbəb olduğu ziyanı dəqiqləşdirməkdə çətinlik çəkir.
Sinoptiklərin məlumatına əsasən, regionda güclü qar fırtınası davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_da_tornado_ve_dasqinlar_neticesinde_helak_olanlarin_sayi_40_neferi_otub-914885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR