NAZİRLİK: "Ətin qiyməti qalxmayıb"

NAZİRLİK: "Ətin qiyməti qalxmayıb"
13:34 28 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

 

İqtisadiyyat və Sənayə Nazirliyi ətin qiyməti ilə bağlı  məlumat yayıb.

Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına mütəmadi olaraq nəzarət olunur və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb.

Hazırda Bakıdakı satış məntəqələrində mal ətinin 1 kq-ı istehlakçılara 6,50-8 manat arasında təklif edilir. Qoyun ətinin 1 kq-ı isə əvvəlki aylarda olduğu kimi, 8-10 manata satılır. Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir. Həmin yarmarkalarda mal ətinin 1 kq-nın qiyməti 5,50-6 manat arasındadır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR