Bakıda 3 nəfər bıçaqlanıb

Bakıda 3 nəfər bıçaqlanıb
13:39 28 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bazar günü Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 27-də Səbail rayonu ərazisindən Bakı şəhər sakini Zaur Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Orxan Əhədov tutulub.

 

Oxşar hadisə bazar günü Əmircan qəsəbəsində də baş verib. Qəsəbə sakini Sadir Əsgərov münaqişə zəminində həmyerlisi Asiman İbrahimzadəyə bıçaqla xəsarət yetirib. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əsgərov tutulub.

 

Bundan başqa Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də Kərəm Rzayevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Astara rayon sakini Əhməd Fərziyev tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226837

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR