"Bilirdim ki, kimin nəslindən qız alıram..." - FOTO

"Bilirdim ki, kimin nəslindən qız alıram..." - FOTO
13:47 28 Dekabr 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

"Qala" qrupunun rəhbəri, müğənni-bəstəkar Ceyhun Əliyev yeni il əhval-ruhiyyəli fotolar çəkdirib. 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, fotoda ilk diqqət çəkən məqam müğənnini izləyən "üç tuz"dur. Səbəbsiz olmayan bu görüntünün mənasını müğənni özü bəlli edib:

"Üç tuz həyatımdakı önəmli məqamların göstəricisidir. Bu uğuru 2006-ci ildən, "Qala" qrupunun fəaliyyəti ilə başlamaq istəyirəm. Həm Ceyhun "Qala"sız, həm "Qala" Ceyhunsuz səslənmir. Bunun ardınca, yüz ölçüb, bir biçib evlilik qərarı verdim. Çox şükür, uğurlu alındı. Üçüncü tuzu övladımın dünyaya gəlişi tamamladı". 

C.Əliyev ailəsini sevdiyi qədər, onlara qarşı mühafizəkarlıq da göstərir. Övladının və həyat yoldaşının ekrana çıxmasını istəməyən Ceyhun bəy bunları dedi:
"Kim ailəsini göstərir, şəxsi işidir. Amam mən bunu düşünmürəm. Xarakterimdə yoxdur. Dostlar arasında birgə görünürük, bu, bizə bəs edir. Ümumiyyətlə, münasibətlərimizi tarazlamışıq. Ailə qurana kimi bir-birimizi yaxından tanıdıq. Mən bilirdim ki, kimin nəslindən qız alıram, həyat yoldaşım da bilirdi ki, müğənni ilə ailə qurur. Ona görə də, tərəddüdlərimiz yoxdu".

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR