Bakı. 28 dekabr. REPORT.AZ/ Heydər Əliyev Sarayında "Barboskinlərdə Yeni il" adlı tamaşa nümayiş etdirilib.
Sarayın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, uşaqlar və onların valideynləri üçün maraqlı, rəngarəng, interaktiv və qeyri-adi akrobatik elementlərdən ibarət tamaşa təqdim edilib. Səhnədə peşakar teatr aktyorları və sirk akrobatlarından ibarət artistlər çıxış edib.
"Barboskinlərdə Yeni İl" tamaşasında - canlı simalar, müasir tərtibat, real detektiv hekayə, hadisələrin gözlənilməz dönüşü, akrobatik elementlər, gülməli səhnələr tamaşaçıların marağına səbəb olub.
Qeyd edək ki, tamaşada Barboskin ailəsinin üzvlərinə iki personaj- Şaxta baba və Qar qız da qatılıb.