Şirvanda 100 yerlik uşaq bağçasında tikinti işləri başa çatıb

Şirvanda 100 yerlik uşaq bağçasında tikinti işləri başa çatıb
13:53 28 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Şirvan, 28 dekabr, Mahir Babayev, AZƏRTAC
Şirvan şəhərində müasir tələblərə cavab verən 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunan məktəbəqədər tədris müəssisinin tikintisinə 2014-cü ilin sonlarında başlanılıb. Şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində tikilən ikimərtəbəli bağça binası müasir tələblərə tam cavab verir. Bağçanın yataq, oyun, tədris otaqları lazımi inventarlarla təchiz edilib, mətbəxdə müasir avadanlıqlar quraşdırılıb.
Körpələr evində istilik sistemi qurulub, su və qaz xətti çəkilib, dayanıqlı enerji üçün transformator quraşdırılıb. Tədris müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Uşaqların açıq havada əylənməsi üçün oyun meydançaları yaradılıb və müvafiq qurğular quraşdırılıb. Ümumiyyətlə bağçada fidanların təlim-tərbiyəsi üçün bütün zəruri işlər görülüb. Məktəbəqədər tədris müəssisəsinin yaxın günlərdə istifadəyə verilməsi gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR