İsmayıllıda bayram yarmarkası açılıb

İsmayıllıda bayram yarmarkası açılıb
13:58 28 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 28 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dekabrın 28-də İsmayıllıda bayram yarmarkası açılıb.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkası şəhərin Heydər Əliyev prospektində inşa edilməkdə olan “Yaşıl market”də təşkil olunub.
Yarmarkanın ilk günündə Nikitin adına kolxoz, eləcə də fermerlər, quşçuluq müəssisələri, iş adamları, ümumən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satışa orta hesabla 3 ton taxıl, 1 ton ət, 1 ton meyvə-tərəvəz məhsulları, 500 litr süd və digər kənd təsərrüfatı məhsulları çıxarılıb.
Məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılır. Yarmarka üç gün davam edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR