SOCAR: Gürcüstanda qazın qiymətinə yenidən baxılması düşünülmür

14:12 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.
M.Məmmədov qeyd edib ki, Gürcüstan bazarı o qədər də böyük deyil ki, orada xüsusi rəqabətə ehtiyac olsun: "Bazar məhduddur. Biz bilirik ki, sosial qazın illik tədarükü maksimum 2,3-2,4 mlrd. kubmetr təşkil edir. Burada qiymətlər kifayət qədər aşağıdır və dəyişmir. Devalvasiyaya baxmayaraq, qiymətlər dəyişməyib və bizim şirkətdə heç kəs qiymətlərə yenidən baxmağı düşünmür".
Şirkət rəhbəri həmçinin qeyd edib ki, kommersiya qazının həcmi isə 900-950 mln. kubmetr təşkil edir: "Bu, azad bazardır və biz hər zaman rəqabətə hazırıq".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR