Futbol klubu 457 milyon avroluq müqavilə imzaladı

Futbol klubu 457 milyon avroluq müqavilə imzaladı
14:32 28 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

Yetişdirdiyi futbolçuları fantastik qiymətə satmaqla böyük pullar qazanan "Portu" daha bir uğurlu müqaviləyə imza atıb. Fanat.az хəbər verir ki, Portuqaliya klubu bu müqavilə sayəsində büdcəsini dolduracaq.


Belə ki, MEO şirkəti qarşıdakı 7 ildə "Portu"nun forma sponsoru olacaq. Müqavilə həmçinin 10 il müddətində klubun ev oyunlarının yayım hüququnu da bu şirkətə verib. Əvəzində "Portu" 457 milyon 500 min avro qazanacaq.


Qeyd edək ki, ötən ay "Benfika" da bənzər müqavilə imzalamışdı. Portuqaliya mediası "Sportinq"in də oхşar müqavilə imzalamağa hazırlaşdığını yazır.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbol-klubu-457-milyon-avroluq-muqavil-imzalad-t46474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR