​Bakı bulvarında attraksionalar 3 saatlıq ödənişsiz uşaqların ixtiyarında olub

​Bakı bulvarında attraksionalar 3 saatlıq ödənişsiz uşaqların ixtiyarında olub
14:42 28 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Dənizkənarı Milli Parkda 15 yaşınadək olan uşaqlar üçün attraksionlardan pulsuz istifadə aksiyası keçirilib.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov "Report"a bildirib ki, aksiya yüksək səviyyədə baş tutub: "Aksiyaya minlərlə insan qatıldı. Bulvar ərazisində olan bütün attraksionlar, karusel, qatar, gəmilər saat 10:00-dan 13:00-dək uşaqların ixtiyarında oldu".
N.Məcidov onu da bildirib ki, aksiya ərzində heç bir problem yaşanmayıb və sakinlər razı qalıb.
Hələ ki, növbəti aksiyanın nə zaman keçiriləcəyi açıqlanmayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/baki-bulvarinda-attraksionalar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR