SOCAR: "Qazprom"la rəqabətə hazırıq

SOCAR: "Qazprom"la rəqabətə hazırıq
14:57 28 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

"SOCAR Energy Georgia" (SOCAR-ın Gürcüstandakı törəmə şirkəti) Gürcüstana kommersiya qazının tədarükündə Rusiyanın "Qazprom" şirkəti ilə rəqabətə hazırdır.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov bildirib.

"Gürcüstan bazarı o qədər də böyük deyil ki, burada xüsusi rəqabətə ehtiyac olsun. Biz bilirik ki, sosial qazın illik tədarük həcmi maksimum 2,3 - 2,4 milyard kubmetr təşkil edir. Burada qiymətlər də olduqca aşağıdır və onlar dəyişmir. Devalvasiyaya baxmayaraq, qiymətlər dəyişməyib və bizim şirkətdə heç kəs qiymətlərə yenidən baxmağa ehtiyac duymur. Kommersiya qazının həcmi 900-950 milyon kubmetr təşkil edir. Azad bazar şəraitində rəqabətə hər zaman hazırırq", - deyə M.Məmmədov bildirib.

Gürcüstan hökuməti ilə "Qazprom" arasında danışıqlar barədə məlumat bir neçə ay əvvəl yayılıb. Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze "Qazprom" rəhbərliyi ilə bir neçə görüş keçirib. Ancaq Gürcüstan tərəfi bildirir ki, Azərbaycan qazından imtina etmək məsələsinə baxmır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR