NBA: "Boston Seltiks" "Nyu-York Niks"i, "Portlend Treyl Bleyzers" isə "Sakramento Kinqs"i məğlub etdi (Nəticələr)

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.


Metbuat.az xəbər verir ki, dekabrın 27-dən 28-nə keçən gecə NBA-da ümumilikdə 4 görüş keçirilib. Gecənin mərkəzi matçında "Boston Seltiks" "Nyu-York Niks"i məğlub edib. Bir digər maraqla gözlənilən oyunda isə "Portlend Treyl Bleyzers" səfərdə "Sakramento Kinqs"ə qalib gəlib.

NBA-da gecənin nəticələri belədir:

"Memfis Qrizzlis" - "Los Anceles Leykers" - 112:96

"Boston Seltiks" - "Nyu-York Niks" - 100:91

"Oklahoma Siti Tander" - "Denver Naqqets" - 122:112

"Sakramento Kinqs" - "Portlend Treyl Bleyzers" - 94:98


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR