Xalq artistinin səhhəti pisləşdi

Xalq artistinin səhhəti pisləşdi
15:36 28 Dekabr 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli sağlamlığı ilə bağlı problem yaşayır.

Bu barədə ANS PRESS-ə özü məlumat verən Sabir Ələsgərli mədəsində yara aşkarlandığını söylədi. Xəstəliklə əlaqədar orqanizminin həddən artıq zəiflədiyini deyən xalq artisti bir aydan çoxdur müalicə alır.

“Müalicədən sonra bir dəfə müayinə olundum, həkimlər deyir artıq yara bağlanmaq üzrədir. Ona görə dərmanların qəbulunu davam edirəm, pəhriz saxlayıram. Hər şey yaxşılığa doğru gedir” deyə Sabir Ələsgərli bildirdi.

78 yaşlı diktor hazırda Milli Televiziya və Radio Yayımı Şurasında işləyir. Bundan əvvəl isə o, 2006-cı ildən ANS Müstəqil Media və Yayım Şirkətində 5 il aparıcı mütəxəssis kimi çalışmışdı. Bir müddət isə ANS TV-də teleaparıcı Rövşanə ilə birlikdə "Sabiranə" verilişinin aparıcısı olub.


Sabir Ələsgərli və Rövşanə


Sabir Ələsgərov diktor kimi ilk dəfə 1962-ci ildə dövlət radiosunda çalışıb. 10 ildən sonra 1972-ci ildən isə uzun illər televiziya diktoru kimi işləyərək səsi və səlis diksiyası ilə tamaşaçıların rəğbətini qazanıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR