Putin yenə ilin nüfuzlu siyasətçisi seçildi (FOTO)

Putin yenə ilin nüfuzlu siyasətçisi seçildi (FOTO)
15:36 28 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putin Fransa İnformasiya Agentliyinin (FİA) tərəfindən ilin ən nüfuzlu 3 siyasətçisindən biri seçilib.

ANS PRESS-in məlumatına görə, Fransa İnformasiya Agentliyi tərəfindən hazırlanan və ABŞ Prezidenti Barak Obamanın daxil ola bilmədiyi siyahıya dünyanın bir çox nüfuzlu siyasətçiləri daxildir.

FİA-dan bildiriblər ki, “Rusiya prezidenti dünyada baş verən bütün hadisələrin ritmini tutmağı bacarır. 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Vladimir Putin yenidən Suriya böhranının həllində əsas fiqur hesab olunur”.


Rusiya prezidenti Vladimir Putin


Rusiya liderinin daxil olduğu siyahıya Almaniya Kansleri Angela Merkel liderlik edir.


Alamaniya Kansleri Angela Merkel


Siyahıda daha sonrakı yerləri Yunanıstanın Baş naziri Aleksis Tsipras və vəzifəsindən kənarlaşdırılan FİFA prezidenti Yozef Blatter də daxil edilib.


Yunansıtan Baş naziri Aleksis Tsipras


Bundan əvvəl ABŞ-ın Vaşinqton "Foreign" jurnalı ilin yekunlarına dair “100 aparıcı mütəfəkkir” siyahısına Vladimir Putini daxil edib.

Bundan başqa Almaniyanın siyasi jurnalı “Cicero” Putini “ilin adamı” elan edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR