UNESCO 2016-cı ili İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan edə bilər

UNESCO 2016-cı ili İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan edə bilər
15:38 28 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
2016-cı ildə UNESCO-nun xətti ilə Azərbaycan klassik ədəbiyyatının iki görkəmli nümayəndəsi İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan edilə bilər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, UNESCO-nun xətti ilə hər iki qüdrətli söz xiridarının anılması Azərbaycan üçün mühüm hadisə ola bilər.
UNESCO-da İmadəddin Nəsimi və M.P.Vaqiflə yanaşı, almanların ilk dəfə Azərbaycana köçürülməsinin də ildönümünün qeyd ediləcəyi gözlənilir. Hər üç təklif 2016-cı ildə UNESCO-ya təqdim ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/UNESCO_2016_ci_ili_Imadeddin_Nesimi_ve_Molla_Penah_Vaqif_ili_elan_ede_biler-914933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR