Sumqayıtda il ərzində fərqlənən özfəaliyyət kollektivlərinin üzvləri fəxri fərmanla təltif edilib

15:43 28 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 28 dekabr, AZƏRTAC
Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət Evində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, şənlikdə mədəniyyət evinin “Turan” rəqs qrupunun çıxışı, xalq çalğı alətləri ansamblının müşayiəti ilə müğənnilərin ifasında bəstəkar və xalq mahnıları maraqla izlənilib. Şaxta baba və Qar qızın uşaqlarla əyləncəli oyunlar keçirməsi balacaların sevincinə səbəb olub.
Şənliyin sonunda mədəniyyət evi tərəfindən il ərzində keçirilən tədbirlərdə fərqlənən özfəaliyyət kollektivlərinin üzvləri fəxri fərmanla təltif edilib, şənliyə qatılan uşaqlara Yeni il hədiyyələri paylanılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_il_erzinde_ferqlenen_ozfealiyyet_kollektivlerinin_uzvleri_fexri_fermanla_teltif_edilib-914936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR