“Riyaziyyat” dərslik dəstinin müzakirəsi aparılıb

“Riyaziyyat” dərslik dəstinin müzakirəsi aparılıb
15:58 28 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu qurumun Göyçay Regional Bölməsində 2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilmiş müvafiq test tapşırıqlarının və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış VIII sinif “Riyaziyyat” dərslik dəstinin müzakirəsini keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müzakirədə Göyçay, Ucar, Ağdaş, Kürdəmir, İsmayıllı, Ağsu, Qobustan, Şamaxı və Yevlax rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri iştirak ediblər.
Komissiyanın şöbə müdiri Afiqə Batıyeva qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının formaları və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış VIII sinif dərslik dəstinin monitorinqi ilə bağlı görülən işlər barədə danışıb.
Eyni zamanda, qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili haqqında məlumat verilib və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış VIII sinif “Riyaziyyat” dərslik dəstinin monitorinqinə dair ilkin rəy təqdim edilib.
Çıxış edən müəllim və mütəxəssislər fikirlərini diqqətə çatdırıb, təkliflər verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Riyaziyyat_derslik_destinin_muzakiresi_aparilib-914942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR