“Saxo Bank” mobil platformasını təkmilləşdirir

“Saxo Bank” mobil platformasını təkmilləşdirir
16:03 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“SaxoTraderGO” platforması “Touch ID” dəstəyini təqdim edir.

“Saxo Bank” mobil platformasını təkmilləşdirir.

Bankdan Trend-ə verilən məlumata görə, onlayn treydinq və investisiya üzrə ekspert sayılan “Saxo Bank” “SaxoTraderGO” platformasına biometrik parametrlərə əsasən identifikasiya xidmətini əlavə edib.

Daim innovativ həllər təklif edən “Saxo Bank” “Touch ID” vasitəsilə avtorizasiya texnologiyasını dəstəkləyən “iPhone” mobil telefonları və “iPad” planşetləri üçün yenilənmiş tətbiq təqdim edib. Bununla yanaşı tətbiqdə əlavə funksiya kimi bir neçə hesab üzrə verilənlərin yaddaşda saxlanılması mümkündür.

“Saxo Bank”ın Ticarət Platformaları bölməsinin rəhbəri Kristian Hammer bu yeniliklə bağlı fikirlərini bölüşüb: «”SaxoTraderGO” platforması istifadəyə verildikdən sonra mobil cihazlarla sövdələşmələrdə iştirak edən müştərilərin sayında dayanıqlı artım müşahidə edirik. “Touch ID” texnologiyası sayəsində biz yüksək dərəcəli təhlükəsizlik təminatı ilə hesaba girişi sadələşdirdik. Dekabr ayı üçün olan məlumata əsasən müştərilərimizin 50%-dən çoxu “SaxoTraderGO” platformasına keçib. Biz texnologiya və innovasiyalara xüsusi diqqət ayırırıq və məhz bu səbəbdən insanlar bu platformanı seçir».

Tətbiqin daha bir yeniliyi müştərilərə “Saxo Bank” treyderləri ilə ünsiyyətdə olmağa imkan verən çatın əlavə olunmasıdır.

Platformanın kompüter versiyası artıq çoxekranlı rejimi dəstəkləyir ki, bu funksiya qrafik təsvirli modulu ayrıca pəncərədə açmağa imkan verir. Bununla müştərilər platformanın əsas pəncərəsindən ayrılmadan ikinci ekranda işləyə biləcəklər.

“SaxoTraderGO” – bank tərəfindən “OpenAPI” bazası əsasında işlənib hazırlanmış və bu ilin may ayında istifadəyə verilmiş yeni nəsil ticarət platformasıdır. “OpenAPI” ETF, səhmlər, CFD, fyuçers, opsion və valyuta üzrə ticarət dövrünün bütün mərhələlərini – ticarət öncəsi mərhələ, icra mərhələsi və sövdələşmədən sonra - əhatə edən xidmət infrastrukturudur. Bu alət “Saxo Bank”ın institusional müştərilərinə öz müasir həllərini hazırlamağa, ticarət və investisiya imkanlarını öz sistem və tətbiqlərinə inteqrasiya etməyə imkan verir.

“Saxo Bank” haqqında:

“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı ”Saxo Privatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2475024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR