Quzanlı qəsəbəsində bayram yarmarkası təşkil edilib

Quzanlı qəsəbəsində bayram yarmarkası təşkil edilib
16:03 28 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Ağdam, 28 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yarmarkada alıcıların və satıcıların rahatlığı üçün lazımi şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkaya rayonun kəndlərindən müxtəlif növ ərzaq məhsulları çıxarılıb. Məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılır.
Sakinlər bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən və qiymətlərindən razılıqlarını bildirirlər. Bayram yarmarkası dekabrın 31-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Quzanli_qesebesinde_bayram_yarmarkasi_teskil_edilib-914950

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR