Lənkəranda 150 kiloqram istifadəyə yararsız ət aşkarlandı

Lənkəranda 150 kiloqram istifadəyə yararsız ət aşkarlandı
16:05 28 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) ilə rayon Baytarlıq İdarəsi əməkdaşları rayonda qanunsuz ət tədarükünə qarşı reyd keçiriblər.

APA-nın məlumatına görə,  reyd zamanı rayonun Osaküçə kəndi ərazisindəki meşə massivində mənşəyi məlum olmayan, qida üçün yararlılığı şübhə doğuran ümumilikdə 150 kiloqram çəkidə  3 baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilərək götürülüb.

Lənkəran Baytarlıq İdarəsindən bildiriblər ki, aşkarlanmış heyvan cəmdəkləri müayinə olunmaq üçün Respublika Baytarlıq Laboratoriyasına təhvil veriləcək.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalara başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR