"Yenə əvvəlki kimi olacaq"

"Yenə əvvəlki kimi olacaq"
16:06 28 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

“Rusiya və Türkiyə münasibətləri yenə əvvəlki kimi olacaq. Türkiyə Rusiya ilə əlaqələri bərpa etmək üçün böyük səy göstərir”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin son 15 il ərzində ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə veriblər.

“Bizim prezident və baş nazir dəfələrlə müxtəlif platformalarda bəyan edib ki, Rusiya qırıcısının vurulmasına dərindən kədərlənirik. Baş verən hadisə ətrafında tədqiqat aparmaq lazımdır ki, yaranan problemləri həll edək”.


Mövlud Çavuşoğlu - Türkiyənin xarici işlər naziri


Çavuşoğlu ümid edir ki, yaranan problemlərdən iki ölkənin vətəndaşları zərər çəkməyəcək. “Rusiyada bəzi vətəndaşlarımıza qarşı xoşagəlməz addımlar atılıb. Mən bu narahatlığımızı şəxsən xarici işlər naziri Sergey Lavrova bildirmişəm. Düşünürəm ki, bizim rus dostlarımızla əməkdaşlığımız yenidən bərpa olunacaq. Bu bizim üçün vacibdir”,-deyə XİN rəhbəri bildirib.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.


Suriya-Türkiyə sərhədində təyyarənin düşməsi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR