Azərbaycanın ən qocaman alimi akademik İsmayıl İbrahimovun 100 yaşı tamam olur.
Lent.az modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyində prezident İlham Əliyevin mükafatlandırdığı akademik hazırda da elmi fəaliyyətini davam etdirir. O həm də Uşaq Fondunun prezidentidir.
1915-ci ildə anadan olan akademik bir çox məsul vəzifələrdə, həmçinin Azərbaycan SSRİ Nazirlər Sovetinin sədr müavini və indiki Azərbaycan Neft və Sənaye Universitetinin rektoru kimi çalışıb.
O, hazırda AMEA-nın Kibernetika İnstitutunda çalışır. İsmayıl İbrahimov Azərbaycanda informatika elminin banisi sayılır.