Ramil Usubov əmr imzaladı

Ramil Usubov əmr imzaladı
16:12 28 Dekabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Bayram günlərində Azərbaycanda Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. Əmrə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən yanvarın 5-ə qədər dövlət yol polisi əməkdaşları xidmətlərini gücləndirilmiş iş rejimində davam etdirəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR