Polis bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Polis bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
16:28 28 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan polisi bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar tədbirlərin keçirildiyi, o cümlədən əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunmasının təmin edilməsi məqsədilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 2015-ci il dekabrın 31-dən 2016-cı il yanvarın 5-dək DİN-in aparatının, Daxili Qoşunların, bilavasitə tabe olan qurumların, ərazi polis orqanlarının, nizami polis hissələrinin, şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək. Eyni zamanda, hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədilə ictimai yerlərdə və küçələrdə post patrul naryadlarının sıxlığı artırılacaq, bütün strateji obyektlərdə mühafizə gücləndiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Polis_bayram_gunlerinde_guclendirilmis_is_rejiminde_isleyecek-914968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR