Növbəti tədris ilindən dərs günlərinin sayı 200-ü keçəcək

Növbəti tədris ilindən dərs günlərinin sayı 200-ü keçəcək
16:32 28 Dekabr 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ 2015-2016-cı dərs ilində məktəblərdə tədris prosesi iyunun 14-dək davam edəcək. "Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda bildirilir.
Hesabata əsasən, 5 günlük tədris həftəsi ilə çalışan məktəblərdə dərs günlərinin sayı 172-yə, 6 günlük tədris həftəsi tətbiq edilən məktəblərdə isə 209 günə çatacaq.
Eyni zamanda, hesabatda qeyd olunub ki, ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb.
Bundan başqa, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən, Təhsil Nazirliyinin müraciəti əsasında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar üçün birotaqlı 120 mənzillik bina inşa edilib. Dövlət uşaq müəssisələrinin məzunları içərisindən 124 nəfər valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan gənc "Məzun evi"ndə mənzillə təmin olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/novbeti-tedris-ilinden-ders-gunlerinin-sayi-200-u-kececek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR