Ermənistan KİV-lərinin yalan məlumatı

16:33 28 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Dekabrın 27-də Ermənistanın bəzi kütləvi informasiya vasitələrində “Armenian Cyber Army” xaker qrupu tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin saytının sındırıldığı barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əslində isə həmin gün Ermənistan xakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vura bilməyib. Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək sayta girişi mühafizə məqsədilə qısa müddətdə məhdudlaşdırib və sonradan sistem administratoru tərəfindən bərpa edilib.
Milli Məclisin həm inzibati, həm də texniki imkanları bu cür hücumların vaxtında qarşısını almağa imkan verir. Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər hansı təsir göstərmək qeyri-mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenistan_KIV_lerinin_yalan_melumati-914971

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR