Şəhriyar Məmmədyarov "Qatar Masters Open 2015" turnirinin lideridi

“Qatar Masters Open 2015” beynəlxalq şahmat turnirinin başa çatmasına 2 tur qalıb.

7-ci turda Hindistan təmsilçisi Şekhar Suriya Ganguli üzərində qələbəsindən sonra Şəhriyar Məmmədyarov aktivinə 5.5 xal yazaraq turnirə liderlik edir. 8-ci turda isə həmyerlimizin rəqibi hazırki dünya çempionu Maqnus Karlsen olacaq.

Qeyd edək ki, turnirdə 30 ölkədən Şəhriyar Məmmədyarovla yanaşı, hazırkı dünya çempionu Maqnus Karlsen, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və bir sıra digər tanınmış şahmatçılar iştirak edirlər. Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR