Kamran Ağayev 6 ay müddətinə "İnter"də

Bakının "İnter" klubu futbol üzrə Azərbaycan milli komandasının üzvü Kamran Ağayevlə anlaşıb. Klubdan report.az-a verilən məlumata görə, təcrübəli əlcək sahibi ilə 6 aylıq müqavilə imzalanacaq.

Artıq tərəflər böyük ölçüdə anlaşma əldə ediblər. Tezliklə 29 yaşlı qapıçı ilə münasibətlər rəsmiləşəcək. Ağayev yeni klubunda Səlahət Ağayevi əvəzləyəcək. Kapitan "İnter"i maddi məsələlərlə razılığa gələ bilmədiyi üçün tərk edib.

Qeyd edək ki, Azərbaycanda "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı""Qəbələ"nin formasını geyinən Kamran Ağayev son olaraq Türkiyədə "Kayserispor""Karşıyaka" klublarında çıxış edib. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR