Beynəlxalq Bankda bomba həyəcanı

Beynəlxalq Bankda bomba həyəcanı
16:41 28 Dekabr 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Bankın Quba filialında bomba həyəcanı yaşanıb.

ANS PRESS-in məlumatına görə, bu haqda bankın Bakıdakı mərkəzi ofisinə məlumat daxil olub. Naməlum şəxs bombanın saat 15:00-da partlayacağını bildirib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dərhal bankın ofisini nəzarətə götürüb, işçilər təxliyyə edilib, hazırda əməliyyat tədbirləri davam etdirilir.

Faktı ANS PRESS-ə Quba Rayon İcra Hakimiyyətinin birinci müavini, rayonun fövqəlada hallar komissiyasının sədri
Yusif Abidov təstiqləyib. Onun sözlərinə görə Beynəlxalq Bankın filialı nəzarət altındadır.

İlkin məlumata görə bomba haqda məlumat öz təstiqini tapmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR