Şəkidə taxıl əkini sahələri 5300 hektar artırılıb

Şəkidə taxıl əkini sahələri 5300 hektar artırılıb
16:48 28 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 28 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2016-cı ilin məhsulu üçün 67 min 400 hektar sahəyə payızlıq taxıl səpilib. Əkin sahələri cari illə müqayisədə 5 min 300 hektar və yaxud 9 faiz artırılıb.
Bu barədə AZƏRTAC-a Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, təsərrüfatlarda taxıl səpini kampaniyası artıq yekunlaşıb. Taxıl əkinlərinin 42 min 200 hektarını buğda, 25 min hektarını arpa, 250 hektarını isə xəsil sahələri təşkil edir. Buğda əkilən sahələr 2 min 200 hektar, arpa sahələri isə 3 min 100 hektar artırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sekide_taxil_ekini_saheleri_5300_hektar_artirilib-914979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR