Daha bir futbolçu "İnter"i tərk etdi

Bakı "İnter"i daha bir futbolçusu ilə yolları ayırıb.

Metbuat.az-ın azerisport.com-a istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu Dieqo Martins paytaxt təmsilçisini tərk edib. Onun komandadan ayrılmasına başqa klubdan təklif alması səbəb olub. Həmin klubun adı açıqlanmasa da, komandanın Asiya təmsilçisi olduğu bildirilir.

Qeyd edək ki, cari mövsüm vurduğu 5 qolla "İnter"in ən məhsuldar futbolçusu olan Martins yayda komanda ilə bir illik müqavilə imzalayıb.

Daha öncə Səlahət Ağayev, Abdulla Abatsiyev, Xuan Fransisko, İvan Benites, Stepan PolyakEmilian Vila "İnter"dən ayrılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR