"Heç kimi onu ala bilməz"

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Harri Keyn haqqında maraqlı açıqlamalar verib.

Argentinalı mütəxəssisin sözlərinə görə, heç kim ingilis forvardı satın ala bilməz:

"Keynin qiyməti yoxdur. Heç kim onu ala bilməz. Harrii satılmır.

Qiyməti təyin etmək mümkün deyilsə, onu satmağa da ehtiyac yoxdur".

Cari mövsümdə İngiltərə Premyer Liqasında 18 matçda meydana çıxan Harri Keyn 11 dəfə fərqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR